Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu festival “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrasının təmin edilməsi məqsədilə, həmçinin 28 may – Respublika günü ilə əlaqədar keçirilir.
Nazirlik tərəfindən keçiriləcək festivalda gənclər tərəfindən yaşadıqları rayonun 10 dəqiqəlik təqdimatının keçirilməsi, habelə rayonun inkişafını, mədəniyyətini, tarixini əks etdirən sərginin hazırlanması planlaşdırılır.
Qeyd edək ki, festivalın məqsədi gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, region gəncləri arasında əməkdaşlığın genişləndirilməsidir.