Bank Of Baku

Nazir Əbülfəs Qarayev ISESCO nümayəndə heyətini qəbul edib

Nazir Əbülfəs Qarayev ISESCO nümayəndə heyətini qəbul edib
# 28 avqust 2015 08:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ISESCO nümayəndə heyətini qəbul edib.

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə qurumun İcraiyyə Şurası katibliyi, Baş Konfrans və Xüsusi Nazirlər Konfranslarının direktoru Məhəmməd Qemari rəhbərlik edib.

 

Görüş zamanı noyabrın 23-dən 27-dək Bakıda keçiriləcək ISESCO İcraiyyə Şurasının 36-cı sessiyası və 12-ci Baş konfransın təşkilati məsələləri müzakirə edilib.

 

Qeyd edilib ki, konfransda quruma üzv olan bütün ölkələrdən nazirlər və islam dünyasının nüfuzlu beynəlxalq qurumların rəhbərləri iştirak edəcək.

 

Yekunda sözügedən tədbirlərin təşkili ilə bağlı tələbləri əks etdirən sənəd  imzalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR