Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliyanın Romualdo del Bianko Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliyanın Romualdo del Bianko Fondu arasında Anlaşma Memorandumu imzalanıb
# 05 dekabr 2012 14:42 (UTC +04:00)

 

Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Romualdo del Bianko Fondu arasında gələcək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Al Duomo görüş mərkəzində baş tutan imzalanma mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

 

Mərasimdə çıxış edən Vaqif Əliyev bildirib ki, hazırda Azərbaycanın zəngin irsinin və milli mədəni kimliyinin tanıdılması Azərbaycan hökumətinin əsas prioritetlərindəndir. Bu sahədə bir çox beynəlxalq təşkilatlarla, eləcə də qeyri hökumət təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlıq üzrə layihələr həyata keçirilir və bu mənada Romualdo Del Bianko Fondu ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Ötən müddət ərzində fondun iştirakı və dəstəyi ilə Bakıda qlobal miqyasda konfrans keçirilib, Florensiyada azərbaycanlı rəssamların sərgisi təşkil edilib və ölkəmiz “Dərəcə və Sənət” regional festivalına qoşulub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR