Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi Kollegiyasının yeni tərkibi təsdiqlənib

Mədəniyyət və Turizm Nazirliyi Kollegiyasının yeni tərkibi təsdiqlənib
# 30 oktyabr 2014 09:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyi Kollegiyasının yeni tərkibi təsdiqlənib

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2006-cı il 14 iyun tarixli 146 nömrəli qərarında dəyişiklik edilib.

 

Kollegiyanın sədri  mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir. Kollegiyanın üzvləri mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva, Nazim Səmədov, Ədalət Vəliyev, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, nazirliyin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Zakir Sultanovdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR