Bank Of Baku

Milli Azərbaycan Tarixi Muzeyində yeni laborator avadanlığın təqdimatı olacaq

Milli Azərbaycan Tarixi Muzeyində yeni laborator avadanlığın təqdimatı olacaq
# 12 iyun 2014 16:32 (UTC +04:00)

Bakı - APA. İyunun 19-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı ilə “MATM Bərpa laboratoriyasının müasir cihaz və qurğularla təchiz olunması” layihəsi çərçivəsində alınmış avadanlıqların təqdimat mərasimi keçiriləcək.

 

Muzeydən APA-ya verilən məlumata görə, tədbirdə AMEA rəsmiləri, Elmin İnkişafı Fondunun rəhbər heyəti, alimlər, muzeyşünasların, KİV nümayəndələrinin iştirakı gözlənilir.

 

Qeyd edək ki, alınmış avadanlıqlar ən müasir tələblərə cavab verir və müxtəlif xarakterli tarixi eksponatların bərpası üçün nəzərdə tutulur. Avadanlıqlar sırasında İngiltərənin “Wellord & co” bərpa və konservasiya şirkətinin istehsalı olan vakuum təmizləyicisi, eyni şirkətin istehsalı olan nəmləndirici masa, İtaliyanın “Bertoncello proxima” şirkətinin istehsalı olan mikro-qaynaq cihazı (bütün növ materiallar üzrə), İtaliyanın “CTS-prodotti-perrestouru” şirkətinin istehsalı olan sərt cisimlərin korroziya və oksidləşməsinə qarşı ultra-səs təmizləyici vanna, eyni şirkətin istehsalı olan arxeoloji tapıntıların ərplərini təmizləyən pyezo-elektrik ultrasəs təmizləyici cihaz, İtaliyanın “Dino-lite ANMO-electronics” şirkətinin istehsalı olan eksponatların üzərindəki ziyanlı proseslərin videoregistrasiya cihazı, İtaliyanın “CTS-prodotti-perrestouru” şirkəti və Almaniyanın “Scheider” şirkətinin birgə istehsalı olan qəliz kimyəvi proseslər zamanı havasızlıq fəzasını yaratmaq üçün vakuum nasosu kimi cihaz və qurğular maraq doğurur. Bu avadanlıqlar istər şəxsi kolleksiyalarda olmuş, istərsə də arxeoloji tədqiqatlar zamanı aşkarlanmış istənilən növ tarixi materialların təmizlənməsi və sonrakı bərpası üçün geniş imkanlar yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR