Bank Of Baku

Milli Dram Teatrında son teatr mövsümü ərzində 10 yeni tamaşa hazırlanıb

Milli Dram Teatrında son teatr mövsümü ərzində 10 yeni tamaşa hazırlanıb
# 09 iyul 2014 16:22 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Akademik Milli Dram Teatrında 2013-2014-cü illər teatr mövsümü ərzində biri dövlət sifarişi üsulu, 9-u isə daxili imkanlar hesabına olmaqla 10 yeni tamaşa hazırlanıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollektiv bitməkdə olan mövsüm ərzində üç beynəlxalq teatr festivalında – Türkiyədə “Sabançı” Beynəlxalq Teatr Festivalı və “Min nəfəs, bir səs”, Makedoniyada Milli Teatrların Festivalında iştirak edib.

 

Teatr həmçinin “Anamın kitabı”, “Zorən şorgöz”, “Oliqarx” və “Danışan gəlincik” tamaşaları ilə Quba, Xaçmaz, Yevlax, Mingəçevir, Tovuz, Gəncə, Şəmkir, Lənkəran, Astara, Cəlilabad, Şəki, Zaqatala və Balakəndə qastrol səfərlərində olub.

 

Qeyd edək ki, dövlət sifarişi üsulu ilə rejissor Mehriban Ələkbərzadənin quruluşunda “Əmir Teymur” tamaşası hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR