Bank Of Baku

Milli Məclisin Mədəniyyət komitəsində “Mədəniyyət haqqında” qanun layihəsi növbəti müzakirəyə çıxarılıb

Milli Məclisin Mədəniyyət komitəsində “Mədəniyyət haqqında” qanun layihəsi növbəti müzakirəyə çıxarılıb
# 07 dekabr 2012 11:48 (UTC +04:00)

 

Bakı – APA. Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Mədəniyyət haqqında” qanun layihəsi növbəti dəfə müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, iclasda komitə sədri Nizami Cəfərov bildirib ki, 3-cü oxunuşa təqdim olunan qanun layihəsinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülüb.

 

Onun sözlərinə görə, əvvəlki müzakirələr zamanı səsləndirilən fikirlər, o cümlədən müvafiq dövlət strukturlarından alınan təkliflər bu dəfə də nəzərə alınıb: “Hazırda Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə bir sıra razılaşdırılmamış məsələlər qalıb ki, onlar da bu yaxınlarda razılaşdırılacaq”.

 

N.Cəfərov qeyd edib ki, qanun layihəsində mədəniyyət sahəsində dövlət siyasətinin əsas istiqamətləri, prinsipləri və dövlətin bu sahədə vəzifələri öz əksini tapıb. Sənəddə eyni zamanda yaradıcı şəxslərin üzərinə düşən hüquqlar və mədəniyyət sahəsinin digər prinsipləri də əks olunub.

 

N.Cəfərov bildirib ki, ötən oxunuşlarda təqdim olunan qanun layihəsindən fərqli olaraq, indiki oxunuşda mədəniyyət sahəsində qadağalar öz əksini tapıb. Sənəddə elmi-texniki potensialın, o cümlədən müharibənin, sosial , irqi, dini, milli, təbəqə, nəsil üstünlüyünün təbliğinə yönəlmiş çağırışların səsləndirilməsi nəzərdə tutan mədəniyyət tədbirlərinin keçirilməsi qadağan olunur. Sənəddə zorakılığın, pornoqrafiya, narkomaniyanın təbliğinə yönələn mədəniyyət tədbirlərinin keçirilməsi də qadağandır. Qanun layihəsi Azərbaycan mədəni və təbii irsin birbaşa təyinatından fərqli istifadəsi qadağan olunur.

 

Müzakirələrin sonunda qanun layihəsi üçüncü oxunuş üçün Milli Məclisə tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR