Bank Of Baku

Moskvada Fərhad Bədəlbəylinin rəhbərliyi ilə “Moskva virtuozları” orkestrinin konserti keçirilib - FOTO

Moskvada Fərhad Bədəlbəylinin rəhbərliyi ilə “Moskva virtuozları” orkestrinin konserti keçirilib - <span style="color: red;">FOTO
# 10 iyun 2014 10:49 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Azərbaycanın məşhur pianoçusu və bəstəkarı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəyli və tanınmış dirijor Dmitri Yablonskinin rəhbərliyi altında “Moskva virtuozları” orkestrinin konserti keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, konserti izləyənlər arasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Ümumrusiya Azərbaycan Konqresi və Rusiya Azərbaycanlı Gənclər təşkilatının nümayəndələri, habelə paytaxt sakinləri olub.

 

Paytaxt sakinlərinin böyük maraqla izlədiyi konsertdə Vaqif Mustafazadənin orkestr ilə fortepiano üçün konserti Fərhad Bədəlbəylinin ifasında səsləndirilib.

 

"Moskva virtuozları”nın “Şərq-Qərb” layihəsi çərçivəsində Şərq və Qərb bəstəkarlarının əsərləri səslənib. Azərbaycan musiqisinin iki məşhur nümunəsi proqramın “Şərq” hissəsinin mərkəzində yer alıb. Milli klassikamızın şah əsərlərindən olan Fikrət Əmirovun Azərbaycan musiqi tarixində simli orkestr üçün ilk simfoniya olan “Nizami” əsəri Fərhad Bədəlbəylinin ifasında böyük marağa səbəb olub.

 

Proqramın “Qərb” hissəsini Y.Haydnın 76 nömrəli simfoniyası və Astor Piassolanın “Buenos-Ayresdə ilin fəsilləri” dörd məşhur tanqosu səsləndirilib.

 

Qeyd edək ki, “Moskva virtuozları” orkestrı məşhur dirijor və violonçel ustası Dmitri Yablonskinin rəhbərliyi altında çıxış edib. Bir çox Azərbaycan musiqiçiləri ilə əməkdaşlıq edən maestro Qəbələdə Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR