Bank Of Baku

Multikulturalizm Mərkəzi Zaqatalada mühazirə keçirib

Multikulturalizm Mərkəzi Zaqatalada mühazirə keçirib
# 17 iyun 2015 10:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Zaqatalada “Azərbaycan multikulturalizmi” mövzusunda mühazirə keçirib.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, analitika şöbəsinin baş məsləhətçisi, fəlsəfə doktoru Rəşad İlyasov tədbir iştirakçılarına multikulturalizm dəyərləri və onların müasir Azərbaycan cəmiyyətində rolu, tarixi-siyasi, eləcə də milli-mədəni qaynaqları haqqında məlumat verib.

 

R. İlyasov Azərbaycanın multikultural siyasəti, multikulturalizm modelinin nümunəvi potensialı və xüsusiyyətlərinə diqqət çəkərək dünyadakı multikulturalizm modelləri ilə müqayisəli təhlillər aparıb.

 

Heydər Əliyev mərkəzində baş tutan tədbirdə rayonun gəncləri, ziyalıları, müxtəlif etnik və dini icma nümayəndələri iştirak ediblər. Mühazirə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində reallaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR