Bank Of Baku

Nazir: “Musiqi və incəsənət məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi işi daha da gücləndiriləcək” - FOTO

Nazir: “Musiqi və incəsənət məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi işi daha da gücləndiriləcək” - <span style="color: red;">FOTO
# 25 iyul 2014 10:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qax rayonunda vətəndaşları qəbul edib.

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir qəbulda mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyəti, musiqi və incəsənət məktəblərində təhsilin təşkili, azsaylı xalqların mədəni irsinin inkişaf etdirilməsi ilə bağlı məsələlərin diqqət mərkəzində olduğunu deyib.

 

Nazir jurnalistlərə açıqlamasında deyib ki, musiqi və incəsənət məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, məktəblərin ixtisaslı müəllimlərlə təmin olunması işi daha da gücləndiriləcək. Onun sözlərinə görə, tarixi abidələrin bərpası, turizmin inkişaf etdirilməsi prioritet məsələlərdir.

 

Nazir əhali ilə hər ay keçirilən belə görüşlərin əhəmiyyətini qeyd edərək vətəndaşların müxtəlif məsələlərlə bağlı təşəbbüskarlıq göstərməsinin təqdirəlayiq olduğunu vurğulayıb: “Bugünkü qəbulda abidələrin bərpası ilə bağlı məsələlərin daha çox səslənməsi vətəndaşların tarixi-mədəni irsimizə diqqətindən xəbər verir. Bu bölgə tarixi abidələrinin zənginliyi ilə seçilir. Biz bu təşəbbüsləri yüksək qiymətləndirir və onların həlli istiqamətində imkanlarımızı səfərbər etməyə çalışırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR