Bank Of Baku

Nazir müavini: “Bütün tarixi abidələri qısa müddətdə təmir etmək dövlət üçün çətin problemdir” - VİDEO

Nazir müavini: “Bütün tarixi abidələri qısa müddətdə təmir etmək dövlət üçün çətin problemdir” - <span style="color: red;">VİDEO
# 12 may 2014 09:49 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev bildirib.

 

Onun sözlərinə görə, dövlət mühafizəsi siyahısında adı olan tarixi abidələri qısa müddətdə təmir etmək dövlət üçün çətin problemdir: “Həmin siyahıda yeddi mindən artıq tarixi abidənin adı var. Amma nəzərə alaq ki, bu gün iki minə yaxın yeni aşkarlanmış tarixi abidələr də var. Bu sayda abidəni eyni vaxtda və qısa müddətdə təmir və bərpa etmək, onları qoruyub saxlamaq dövlət üçün çətin problemdir. Ümumiyyətlə, son illərdə tarixi abidələrin bərpası, qorunub saxlanması istiqamətində böyük işlər görülüb. Azərbaycanda tarixi abidələrə gündəlik qayğı göstərilir. Məsələn, bir çox bölgələrdə tarixi abidələrə münasibət kökündən dəyişib”.

 

V.Əliyev əlavə edib ki, bəzi tarixi abidələrin özəlləşdirilməsi də nəzərdə tutulub: “Məsələn, bəzi evlərin, binaların, ofislərin özəlləşdirilməsi nəzərdə tutulub. Amma özəlləşdirən tərəflə müqavilə bağlanacaq ki, həmin abidələrin qorunması, tarixiliyinin itirilməməsi təmin olunsun. Azərbaycanda aparılan böyük quruculuq işləri tarixi abidələrin siyahısına yenidən baxmaq imkanı verir. Elə abidələr vardı ki, tarixilik baxımından onların siyahıya salınması düzgün deyildi. Məsələn, kimsə yüz il əvvəl bir ev tikib, amma tarixilik baxımından o qədər də əhəmiyyət kəsb etmir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR