Bakı – APA. Polşanın Lodz şəhərində XX əsrin əvvəllərində Bakı su kəməri tikintisinin baş mühəndisi olmuş əslən polyak Stefan Skjıvanın xatirəsinə həsr olunmuş barelyefin açılışı olub. Barelyef “Azərsu” ASC-nin sifarişi əsasında Azərbaycanın xalq rəssamı Salhab Məmmədov və əməkdar rəssam Əli İbadullayev tərəfindən hazırlanıb. Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Lodz şəhərinin meri Hanna Zdanovska, “Azərsu” ASC-nin vitse-prezidenti Teyyub Cabbarov, səfir Həsən Həsənov, Lodz Universitetinin rektoru Vlodzimierj Nıkel və Polşa Senatının senatoru Rışard Bonislavski çıxış ediblər.
Açılış Lodz əhalisinin marağına səbəb olub və yuxarıda adları çəkilən şəxslərlə yanaşı, açılışa şəhər ictimaiyyəti, yerli medianın nümayəndələri, müəllim və tələbələr də qatılıb.