Bank Of Baku

Polşanın Radom şəhərində “Azərbaycan günü” keçirilib

Polşanın Radom şəhərində “Azərbaycan günü” keçirilib
# 25 iyun 2014 16:55 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Polşanın Radom şəhərində “Azərbaycan günü” adlı tədbir keçirilib.

 

Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Radom şəhərinin meri Andjey Koştovyakla görüşüb.

 

Mer Andjey Koştovnyak Radom şəhərinin son 25 ildə keçdiyi inkişaf yolundan danışıb və yaxın gələcəkdə həyata keçiriləcək layihələr haqda məlumat verib.

 

Səfir Həsən Həsənov Azərbaycan Respublikasının son illər fərqli sahələrdə əldə etdiyi uğurların prezident İlham Əliyev tərəfindən aparılan siyasətin nəticəsi olduğunu qeyd edib. Azərbaycan rayonlarının inkişafı, müasir standartlara uyğun yolların salınması və əyalətlərdə yeni müəssisələr haqda ətraflı məlumat verilib.

 

Daha sonra Radom şəhər Mədəniyyət Mərkəzində “Azərbaycan günü” adlı tədbir keçirilib. Tədbirdə Radom şəhərinin meri Andjey Koştovnyak, şəhər ictimaiyyəti, yerli medianın nümayəndələri, müəllim və tələbələr iştirak ediblər. Səfir Həsən Həsənov çıxışında Azərbaycanın tarixindən, ölkəmizdə mövcud olan tolerant mühitdən, mərhum prezident  Heydər Əliyevin dəvəti ilə Roma Papası II İohann Pavelin Bakıya səfərindən danışıb. İştirakçılara Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verilib.

 

Tədbir çərçivəsində “Müasir Azərbaycan” və “Azərbaycanda Polşa izləri” adlı 50 şəkildən ibarət sərgi, səfirlik tərəfindən polyak dilində nəşr etdirilmiş 27 adda kitab və Azərbaycan haqqında tanıdıcı film iştirakçıların diqqətinə təqdim olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR