Bakı. Cavid Zeynallı - APA. Azərbaycan prezidentinin mətbuat xidməti tərəfindən Dövlət Kino-Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədilə 8 saxlama vahidi kino (video) sənəd daxil olub.
Film Fondundan APA-ya verilən məlumata görə, kinosənədlər prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində 2013-cü ildə keçirilən bütün iclasları əks etdirir.
Hazırda kinosənədlərin Arxivin fonduna qəbulu rəsmiləşdirilir, hər bir kinosənədin qısa, müfəssəl elmi-məlumat bazası hazırlanır.