Bank Of Baku

Rasim Əliyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Rasim Əliyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTO
# 18 iyul 2014 15:21 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın əməkdar memarı, dövlət mükafatı laureatı Rasim Həsən oğlu Əliyevin 80 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə yubilyar haqqında geniş məlumat verib, onun müxtəlif illərdə ərsəyə gətirdiyi memarlıq əsərlərindən danışıb. Daha sonra onun haqqında çəkilmiş "Memar" filmindən fraqmentlər nümayiş etdirilib.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, tarixi abidələrimizin bir çoxunda  Rasim Əliyevin dəsti-xətti görünməkdədir: “Rasim Əliyev öz yaradıcılıq xətti ilə seçilən bir memardır. O, Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metro stansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki səfirliyinin binasının və memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən digər layihələrin müəllifi və həmmüəllifidir”. 

 

Yazıçılar Birliyinin sədri Anar Rzayev də Rasim Əliyevi təbrik edib: "Azərbaycan memarlığında xüsusi yeri olan Rasim Əliyevin müəllifi olduğu abidələr ölkənin bir neçə şəhərinin simasını bəzəyir. Ona bir böyük memar kimi təşəkkürümüzü bildirir və can sağlığı, fəaliyyətində uğurlar arzulayıram”.

 

Sonda R. Əliyev çıxış edərək hər kəsə, xüsusilə  Mədəniyyət və Turizm Nazirliyinə, ölkə başçısı İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya öz minnətdarlığını bildirib.

 

Tədbirdə yubilyara Memarlar İttifaqın diplomu təqdim edilib. Eyni zamanda onun fotosərgisi, eləcə də yağlı və sulu boya ilə çəkdiyi rəsm əsərlərinin də sərgisi keçirilib.

 

Qeyd edək ki, Rasim Əliyev 1965-ci ildə Bakının baş memarı təyin olunub və 23 il müddətində bu vəzifədə fəaliyyət göstərib. R. Əliyev haqqında 2006-cı ildə “Memar” filmi çəkilib. 2009-cu il 24 sentyabr tarixində prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda memarlıq sənətinin inkişafında xidmətlərinə görə Rasim Həsən oğlu Əliyev "Şərəf", bir neçə gün əvvəl - iyulun 16-da isə "İstiqlal" ordeni ilə təltif edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR