Bank Of Baku

Rostropoviçin vəfatının 7-ci ildönümünə həsr edilmiş "Maestroya həsr edilir" adlı anım tədbiri keçirilib

Rostropoviçin vəfatının 7-ci ildönümünə həsr edilmiş "Maestroya həsr edilir" adlı anım tədbiri keçirilib
# 30 aprel 2014 13:48 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Leopold və Mstislav Rostropoviçlərin Bakıdakı ev-muzeyində görkəmli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviçin vəfatının 7-ci ildönümünə həsr edilmiş "Maestroya həsr edilir" adlı anım tədbiri keçirilib.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə muzeyin direktoru Şeyla Heydərova, Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyeva görkəmli musiqiçinin yaradıcılıq özünəməxsusluğundan, insani keyfiyyətlərindən danışıblar.

 

Çıxışlardan sonra maestronun həyatının müxtəlif anlarını əks etdirən foto-slayd nümayiş etdirilib, qonaqlar ev-muzeyin fondundakı eksponatların sərgisi ilə də tanış olublar.

 

Tədbirin sonunda dirijor Cavad Tağızadənin rəhbərliyi ilə Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən "Sinfoniyetta" orkestri konsert proqramı ilə çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR