Bakı. Cavid Zeynallı – APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Tərcümə Mərkəzinin kitabları” seriyasından növbəti tərcümə toplusu işıq üzü görüb. Mərkəzdən APA-ya verilən məlumata görə, “Çexovdan Markesə qədər” adlanan toplu XX əsr dünya ədəbiyyatı mənzərəsini yığcam hekayə janrının vasitəsilə işıqlandırmağa cəhd edir.
Kitabda A.P.Çexov, A.Rünoske, Ş.Anderson, F.Kafka, K.X.Sela, U.Folkner, V.Borhert, M.Venturi, F.Rot, P.Handke, L.O.Flaerti kimi ayrı-ayrı mədəniyyətlərin ədəbiyyatını təmsil edən görkəmli ədiblərin məşhur əsərləri yer alıb.