Bank Of Baku

Turizm və Menecment Universitetində buraxılış tədbiri keçirilib

Turizm və Menecment Universitetində buraxılış tədbiri keçirilib
# 09 iyul 2015 07:12 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Məzun 2015-ci il” buraxılış tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Vaqif Əliyev, Avstriyanın Azərbaycandakı səfiri Aksel Vexin və başqaları iştirak edib. 

 

Universitetin rektoru Cəfər Cəfərov bildirib ki, ATMU 2008-2016-cı illəri əhatə edən Strateji Plana uyğun olaraq 11 ixtisas üzrə kadr hazırlamağa başlayıb: "Universitetdə ötən tədris ili ərzində 3 fakültə, 10 kafedra, 11 ixtisas, 1500-dən çox bakalavr tələbəsi, 138 magistr, 69 doktorant, əlavə 37 nəfər sənaye nümayəndəsi fəaliyyət göstərib”.

 

Nazir Əbülfəs Qarayev Azərbaycanda turizm sahəsi üzrə kadrların hazırlanmasında universitetin rolundan danışıb, məzunların turizm sənayesinin inkişafında öz töhfələrini verəcəyinə inamını qeyd edib.

 

Mərasimdə ATMU-nun bakalavr və magistratura səviyyəsini bitirmiş 242 nəfər məzuna fəxri diplomlar, Azərbaycan-Avstriya Turizm Təhsili Proqramı (AATP) üzrə təhsil almış məzunlara ali təhsil ocağının diplomu ilə yanaşı, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomu təqdim edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR