Bank Of Baku

Türkiyədə Leyli və Məcnun operasının premyerası keçirilib - FOTOSESSİYA

Türkiyədə Leyli və Məcnun operasının premyerası keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 15 may 2016 17:21 (UTC +04:00)

Bakı-APA. Mayın 14-də Azərbaycanın  Türkiyədəki səfirliyi və Türkiyə Dövlət Opera və Balet Teatrının birgə təşkilatçılığı ilə Ankara Dövlət Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Leyli və Məcnun operasının premyerası keçirilib.

 

Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Milli Məclisin deputatları Hadi Rəcəbli, Sədaqət Vəliyeva və Sevda Hüseynova, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər və KİV nümayəndələri iştirak ediblər.

 

Tamaşadan əvvəl çıxış edən səfir F. Bağırov Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə Leyli və Məcnun operasının Ankara Dövlət Opera və Balet Teatrının repertuarına daxil edilməsinin əhəmiyyətindən bəhs edib və bu ölməz əsərin tarixdə Türk Dünyasının ilk operası olduğunu qeyd edib. Rəsmi hissədən sonra tamaşa təqdim olunub. Azərbaycanlı rejissor Əflatun Nemətzadə tərəfindən hazırlanmış opera tamaşaçılarda xoş təəssürat yaradıb. Sonda səfirlik tərəfindən layihədə əməyi keçən şəxslərə plaketlər təqdim olunub.

 

Qeyd edək ki, premyerada Məcnun rolunu Azərbaycanın xalq artisti Mənsum İbrahimov,  Leyli rolunu  türkiyəli aktrisa Selva Erdənər ifa ediblər. Mayın 19-da təşkil ediləcək növbəti tamaşada isə Məcnun rolunu əməkdar artist İlkin Əhmədov, Leyli rolunu isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Arzu Əliyeva ifa edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR