Bank Of Baku

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə keçiriləcək

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə keçiriləcək
# 21 iyul 2016 11:54 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə, mərkəzlərinə pedaqoji kadrların işə qəbulu üzrə növbəti III müsabiqə 2016-cı il avqustun ikinci, sentyabrın birinci yarısında keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vakant yerlər, müsabiqənin aparılması qaydaları haqqında məlumat və elektron ərizə forması nazirliyin rəsmi internet saytının (www.mct.gov.az) “Elanlar” bölməsində avqustun 15-dən sonra yerləşdiriləcək.

 

Məlumatda qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədi ilə 2015/2016-cı tədris ilindən etibarən məktəblərə işə qəbul vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR