Bank Of Baku

Xəyal Rza İLESAM-ın Azərbaycan üzrə nümayəndəsi təyin edilib

Xəyal Rza İLESAM-ın Azərbaycan üzrə nümayəndəsi təyin edilib
# 24 iyun 2015 13:57 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə İLESAM-ın sədri Məhmət Nuri Parmaksız bildirib. M. N. Parmaksız deyib ki, beynəlxalq əlaqələr rəhbərlik etdiyi təşkilatın prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, türkdilli ölkələrdə elm, ədəbiyyat, mədəniyyət sahəsinə bir neçə layihənin həyata keçirilməsi nəzərdə tutulub.

 

Layihəyə əsasən, ədəbiyyat sahəsində hər il ən azı iki əsərin qarşılıqlı tərcüməsi və yayımlanması, “XXI əsr Türkiyə-Azərbaycan Şeir və Hekayə Antologiyası”nın birlikdə hazırlanması, yazıçı və şairlərin ortaq bioqrafik əsərlərinin nəşr edilməsi, ildə bir dəfə növbəli şəkildə Azərbaycanda, sonra Türkiyədə geniş şeir günlərinin keçirilməsi nəzərdə tutulur. Həmçinin qurumlar uşaq ədəbiyyatı sahəsində əməkdaşlıq edəcək, hər iki ölkədə yazarların imza günləri keçiriləcək.

 

Qeyd edək ki, İLESAM Türkiyədə Müəllif Hüquqları Agentliyi funksiyasını yerinə yetirir. Bu ilin fevralında AYB-nin sədri, xalq yazıçısı Anarın və İLESAM-ın rəhbəri Məhmət Nuri Parmaksızın iştirakı ilə əməkdaşlıq müqaviləsi imzalanmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR