Azərbaycanın orta ixtisas məktəblərinə qəbul imtahanları avqustun son ongünlüyündə keçiriləcək

Azərbaycanın orta ixtisas məktəblərinə qəbul imtahanları avqustun son ongünlüyündə keçiriləcək
# 01 avqust 2008 10:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Doqquz illik əsas təhsil bazasından Azərbaycanın orta ixtisas məktəblərinə sənəd qəbulu bu gün başa çatıb. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, iyunun 17-dən başlayan sənəd qəbulu zamanı təqribən 23 minə qədər abituriyent sənəd təqdim edib. Qəbul imtahanlarının avqustun son ongünlüyündə müxtəlif bölgələrdə keçirilməsi nəzərdə tutulur. Abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən test imtahanı verəcəklər. M. Abbaszadə deyib ki, 2008-2009-cu tədris ili üçün 9 illik əsas təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul planı 9452 yerdir. Plan yerlərindən 8566-sı tədrisi Azərbaycan dilində olan ixtisaslar üzrə, 256-sı tədrisi rus dilində olan ixtisaslar üzrə, 630 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılıb. Plan yerlərindən 5831-i dövlət ödənişsiz təhsil forması üzrədir, 3565 yer ödənişli dövlət, 56 yer özəl təhsil müəssisələrinin payına düşür. M. Abbaszadənin sözlərinə görə, bu gündən başlayaraq Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında (GATA) təhsil almaq istəyən Azərbaycan vətəndaşları TQDK-ya müraciət edə bilərlər. Müsabiqə ali məktəblərin 4-cü ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yuxarı baş toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər arasında keçirilir. GATA bu il Azərbaycan gəncləri üçün 4 plan yeri ayırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR