“Azərpoçt” üç ildən sonra rentabelli işləməyə başlayacaq

“Azərpoçt” üç ildən sonra rentabelli işləməyə başlayacaq
# 06 avqust 2008 08:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” Dövlət Müəssisəsinin rentabelli işləməsini təmin etmək üçün hazırda müzakirələr aparır. “APA-Economics”in məlumatına görə, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hökumətin bu ilin ilk 6 ayının iqtisadi göstəricilərinə dair keçirilən iclasında bildirib ki, 2011-ci ildən “Azərpoçt”un rentabelli işləməyə başlayacağı gözlənilir. Bu, poçta verilən subsidiyaların növbəti 2 ildə müəyyən qədər artırılması hesabına mümkün ola bilər. Nazirin sözlərinə görə, prezidentin göstərişi ilə artıq iki ildir, “Azərpoçt”a dövlət əsaslı investisiya qoyuluşu hesabına hər il 2-3 milyon manat vəsait ayrılır.
Ə. Abbasov qeyd edib ki, 2005-ci ildən Azərbaycan hökuməti ilə Dünya Bankının birgə həyata keçirməyə başladığı “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin bu ilin sonunda bitməsi və gələn ildən yeni xidmətlərin göstərilməsi planlaşdırılır. Bu layihə çərçivəsində müasir informasiya texnologiyalarının tətbiqi ilə poçt sisteminin yenidən qurulması, qeyri-ənənəvi və yeni tipli elektron xidmətlərin göstərilməsi nəzərdə tutulur. Nazir hesab edir ki, yeni sistemin səmərəli istifadəsinə keçid dövrü hələ 2-3 il də davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR