Rusiya Cənubi Osetiyada iri miqyaslı hərbi əməliyyata başlayıb - YENİLƏNİB

Rusiya Cənubi Osetiyada iri miqyaslı hərbi əməliyyata başlayıb - <font color=red> YENİLƏNİB</font>
# 09 avqust 2008 08:10 (UTC +04:00)
O, Rusiyanın 58-ci ordu hissələrinin avqustun 9-na keçən gecə Sxinvali ətrafında mövqe tutduğunu və Cənubi Osetiyada Rusiya sülhməramlılarının məsul olduğu zonada “sülhə məcburetmə əməliyyatı”na hazırlıq gördüyünü bildirib: “Sxinvali rayonuna motoatıcı, tank və kəşfiyyat birlikləri göndərilib. Hücum aviasiyası yaxınlıqdakı Rusiya aerodromlarında cəmləşdirilib”. İ. Konaşenkov həlak olan Rusiya sülhməramlılarının sayının 15-ə çatdığını, 70-dən çox hərbçinin yaralandığını açıqlayıb. Polkovnik gecə ATƏT nümayəndələrinin vasitəçiliyi ilə döyüş zonasından 22 yaralı əsgəri çıxardıqlarını söyləyib.
Rusiya prezidenti Dmitri Medvedev Gürcüstanı Cənubi Osetiyada “sülhə məcbur etmək” üçün əməliyyatın başlandığını elan edib. O, bu gün səhər müdafiə naziri Anatoli Serdyukov və Baş Qərargah rəisi Nikolay Makarovla görüşündə aşağıdakı açıqlamanı verib: “Bizim sülhməramlılarımız və onlara kömək üçün göndərilmiş hərbi hissələr hazırda gürcü tərəfini sülhə məcbur etmək üçün əməliyyata başlayıblar. Əhalinin müdafiəsi ilə bağlı məsuliyyət də onların üzərindədir. Biz hazırda bununla məşğuluq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR