Müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı imzalanacaq sənədlər və birgə bəyanatlar üzərində iş aparılır

Müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı imzalanacaq sənədlər və birgə bəyanatlar üzərində iş aparılır
# 01 sentyabr 2008 12:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müxalifət partiyalarının yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı məsləhətləşmələr hələ yekunlaşmayıb. Prosesdə iştirak edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli APA-ya açıqlamasında bildirib ki, hazırda mərkəzin yaradılması ilə bağlı imzalanacaq sənədlər və birgə bəyanatlar üzərində iş aparılır.

Partiya sədri son günlər prosesin daha da sürətləndiyini və qısa müddətdə mərkəzin təsis ediləcəyini qeyd edib: “Hazırda “Azadlıq” bloku adından danışıqları Fuad Mustafayev aparır. Amma lazım olanda müxalifət liderləri ilə birgə görüşlər də keçirilir. Düşünürəm ki, uğurlu bir format yaradılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR