Türk futbolçuları İrəvana çatdılar

Türk futbolçuları İrəvana çatdılar
# 05 sentyabr 2008 13:52 (UTC +04:00)
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin futbol yığması Ermənistanın paytaxtı İrəvana gəlib. “APA-Sport”un məlumatına görə, hava limanında yerli jurnalistlərin suallarını cavablandıran Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mahmut Özgener burda yaxşı qarşılandıqlarını söyləyib.

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah “Razdan” stadionunda Ermənistanla oynayacaqlarını deyən TFF başçısı məqsədlərinin yalnız qələbə qazanmaq olduğunu vurğulayıb: “Bizi Ermənistan yığması ilə iki çətin oyun gözləyir. Amma məqsədimiz bu görüşlərdə maksimum xal toplamaqdır”.

İdmanı siyasətlə qarışdırmamağı məsləhət görən M. Özgener Ermənistana adi bir oyuna gəldiklərini deyib.

Türkiyəli futbolçular hava limanının çıxışında onları gözləyən avtobusla “Golden Palace” otelinə doğru hərəkət ediblər.

«Razdan» stadionunda baş tutacaq qarşılaşmanın ilkin heyəti açıqlanıb.

«Ay-ulduzlular»ın qapısını ermənilərdən Volkan Dəmirəl qoruyacaq.

Müdafiədə Gökhan Gönül, İbrahim Kaş, Sərvət Çətin, Hakan Balta, yarımmüdafiədə isə Sərdar Özkan, Mehmet Aurelio (Mehmet Topal), Əmrə Belözoğlu, Arda Turan oynayacaq. Hücumda isə Tuncay Şanlı, Semih Şəntürkdür.

Heyətin başında həmişəki kimi Fatih Terim dayanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR