Bərdədə dəhşətli qəza: 3 ölü, 5 yaralı

Bərdədə dəhşətli qəza: 3 ölü, 5 yaralı
# 08 sentyabr 2008 20:59 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi rayonu istiqamətində hərəkət edən 10 VA 217 nömrəli VAZ 2107 markalı avtomaşın Bərdəyə doğru hərəkət edən 20 BH 122 nömrə nişanlı QAZ 31 10 markalı maşınla toqquşub.

Nəticədə VAZ 2107 markalı maşının sürücüsü Zamir Abdullayev və sərnişini, Beyləqan sakini Elgün Teymurov hadisə yerindəcə keçiniblər. “Juqili”də olmuş digər sərnişinlər, Ağcabədinin Salmanbəyli kənd sakini Bəhruz Teymurov, rayonun Lənbəran kənd sakini Qurban Hüseynov və Beyləqan rayonunun Sarusu kənd sakini Natiq İsmayılov isə yaralanıblar.

31 10 markalı avtomaşının sürücüsü, Bərdə rayon Qarayusifli kənd sakini Allahverən Mikayılov da hadisə yerindəcə keçinib. A. Mikayılovun sərnişinləri olan oğlu Dünyamin Mikayılov və kürəkəni Arif Kərimov isə ağır xəsadrət alıblar.

Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi qaldırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR