Azərbaycan əsgəri Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb

Azərbaycan əsgəri Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb
# 22 oktyabr 2008 16:27 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olan məlumata görə, hazırda Ermənistanda saxlanılan Həsənov Rafiq Rəhman oğluna oktyabrın 16-da BQXK-nın Ermənistandakı nümayəndəliyinin əməkdaşları tərəfindən baş çəkilib, onunla rəftarın və saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğu bildirilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Rafiq Həsənovun əsirlikdən azad olunması istiqamətində müvafiq tədbirlər görülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR