Dmitri Medvedev prezidentin və parlamentin səlahiyyət müddətinin uzadılması təklifi ilə çıxış edib

Dmitri Medvedev prezidentin və parlamentin səlahiyyət müddətinin uzadılması təklifi ilə çıxış edib
# 05 noyabr 2008 11:06 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, D. Medvedev prezidentin səlahiyyət müddətinin 6, Dumanın səlahiyyət müddətinin isə 5 ilə çatdırılmasını istəyib. O, hökumətin qarşısında hər il parlamentdə hesabat vermək öhdəliyi qoyulmasını da təklif edib. Prezident bildirib ki, söhbət Konstitusiyanın dəyişdirilməsindən yox, korrektə edilməsindən gedir.

Xatırladaq ki, hazırkı Konstitusiyaya əsasən Rusiyada prezidentin və parlamentin səlahiyyət müddəti 4 ildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR