Bakı Fond Birjasında daha bir DQİ emissiyası üzrə hərrac baş tutmayıb

Bakı Fond Birjasında daha bir DQİ emissiyası üzrə hərrac baş tutmayıb
# 10 noyabr 2008 13:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10305820S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 270,6 min manat təşkil edib. Sifariş 96,13% (gəlirlik 10,00%) qiymət ilə təqdim olunub. Lakin sifarişin şərtləri emitent qane etmədiyinə görə, hərrac emitent tərəfindən baş tutmamış elan olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR