Türkiyə Radio Televiziya Üst Qurumu rəhbərliyinin Azərbaycana səfəri davam edir

Türkiyə Radio Televiziya Üst Qurumu rəhbərliyinin Azərbaycana səfəri davam edir
# 06 aprel 2007 08:23 (UTC +04:00)
Türkiyə Radio Televiziya Üst Qurumunun Azərbaycanda səfərdə olan nümayəndə heyətini bu gün Azərbaycan prezidenti İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Bu bərədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib. MTRŞ sədri bildirib ki, qonaqların bu gün “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində, İctimai Televiziyada da görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyə Radio Televiziya Üst Qurumu başqanı Zahid Akmanın rəhbərlik etdiyi nümayəndə heyətinin dünəndən Azərbaycana səfəri başlayıb. Səfər çərçivəsində bir çox görüşlərlə yanaşı Azərbaycan və Türkiyənin teleradio sahəsinə nəzarət edən qurumları arasında protokol imzalanması gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR