Cəlal Əliyevin “Müxalifət” qəzetinə qarşı iddiasına aprelin 13-də baxılacaq

Cəlal Əliyevin “Müxalifət” qəzetinə qarşı iddiasına aprelin 13-də baxılacaq
# 09 aprel 2007 15:17 (UTC +04:00)
Bu gün Yasamal Rayon Məhkəməsində millət vəkili, akademik Cəlal Əliyevin “Müxalifət” qəzetinə qarşı xüsusi ittiham qaydasında irəli sürdüyü iddiaya baxılıb. Bu barədə APA-ya “Müxalifət” qəzetinin təmsilçisi Yaşar Ağazadə məlumat verib. Qeyd edək ki, C. Əliyev qəzetin 27 fevral 2007-ci il tarixli sayında “AMAY” - Əliyevlər ailəsinin ticarət nişanı” sərlövhəli yazıya görə xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.1 və 147.2 maddələri üzrə məhkəməyə şikayət edib. Hakim Məlahət Abdulmanafovanın sədrliyi ilə keçirilən prosesə qatılan Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının sədri İbrahim Məmmədli təmsil etdiyi qurumun tərəflərə barışıq təklifini nəzərə çatdırıb. Təklifi dəyərləndirmək üçün proses təxirə salınıb və iclas aprelin 13-nə təyin olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR