BMT-nin söz azadlığı hüququnun müdafiəsi və genişləndirilməsi üzrə xüsusi məruzəçisi Ambei Liqabo Bakıya gəlib

BMT-nin söz azadlığı hüququnun müdafiəsi və genişləndirilməsi üzrə xüsusi məruzəçisi Ambei Liqabo Bakıya gəlib
# 25 aprel 2007 12:16 (UTC +04:00)
BMT-nin söz azadlığı hüququnun müdafiəsi və genişləndirilməsi üzrə xüsusi məruzəçisi Ambei Liqabo Bakıda səfərdədir. Bu barədə APA-ya BMT-nin ölkəmizdəki nümayəndəliyindən məlumat verilib. Məruzəçi bu gün Milli Radio və Televiziya Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşüb. Tərəflər xarici telekanalların ölkə ərazisinə yayımı, reklam bazarının vəziyyəti və s. məsələlər ətrafında müzakirələr aparıblar. Ambei Liqabo bu gün İctimai Televiziyaya baş çəkəcək və Mətbuat Şurasının rəhbəri Əflatun Amaşovla görüşəcək. Ambei Liqabonun Bakıya səfərində məqsəd “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq konfransda iştirak etməkdir. BMT təmsilçisinin Azərbaycana səfəri aprelin 28-də başa çatacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR