APA-nın adından sui-istifadə edilərək, böhtan xarakterli xəbər yayılıb
APA qətiyyətlə bəyan edir ki, agentlik bu sərlövhəli və məzmunlu xəbər yaymayıb. Sadəcə, reket fəaliyyəti ilə məşğul olan bu qəzet agentliyin və Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin adından istifadə etməklə xəbərini inandırıcı göstərmək istəyib.
Üstəlik agentliyin abunəçiləri sırasında “Kriminal aləm” adlı qəzetin adı yoxdur.
APA onu da qeyd edir ki, agentliyin heç bir abunəçisi belə xəbər dərc etməyib və agentlik bütün tarixi ərzində Xanlarda əxlaqsızlıq yuvasının olması barədə xəbər yaymayıb.
Əminə Rəhimova isə APA-ya bildirib ki, bu qəzet artıq ikinci dəfə xəbəri APA-ya istinadla dərc etdiyini israrla yazaraq, yenidən böhtan xarakterli xəbərini təkrarlayıb və hər halda onu ləkələmək üçün qəzeti pulsuz olaraq Xanlar rayonunda paylayıb. Ə. Rəhimova onu da qeyd edib ki, bu yaxınlarda onların Saqif və Ziyafət Cəfərovlarla torpaq mübahisələri olub. Belə ki, Cəfərovlar onun həyat yoldaşı Mətin Mirzəyevin adında olan torpaq sahəsini zəbt etdikləri üçün mübahisə yaranıb. Xanlar rayon Məhkəməsi mübahisəni Ə. Rəhimovanın həyat yoldaşının xeyrinə həll edəndən sonra bu yazı dərc olunub. Xanlar rayon Polis Şöbəsi isə bu günlərdə Saqif Cəfərova məxsus 25-BC-510 nömrə-nişanlı maşında “Kriminal aləm” qəzetinin həmin sayını paylayan və S. Cəfərovun yaxın dostu olan Ceyhun Rüstəmovu tutub. Ə. Rəhimova artıq Xanlar rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyini də bildirib. APA məhkəmə prosesinə nümayəndəsini göndərərək, belə xəbər dərc etmədiyini məhkəmədə də bildirəcək.
Agentliyin baş direktoru Vüsalə Mahirqızı APA-nın adından sui-istifadə edilərək, böhtan xarakterli xəbər yaydığı üçün “Kriminal aləm” qəzetinin baş redaktoru İlqar Vəliyevin cinayət məsuliyyətinə cəlb edilməsi xahişi ilə daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova müraciət edib. V. Mahirqızı həmçinin Mətbuat Şurasının sədri Əflatun Amaşova da müraciət ünvanlayıb. /APA/
Media
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
“Şahinlərin Görüşü-2026” təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilib - FOTO - YENİLƏNİB-1
Vüqar Zifəroğlu: Mətbuat Şurası fəaliyyətini jurnalistikanın inkişafı istiqamətində davam etdirəcək
Xəbər Lenti
İraq İranla sərhəddəki keçid məntəqələrinin əksəriyyətini bağlayıb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Mask Ukraynanın “Starshield” sisteminə çıxışını məhdudlaşdırmaq qərarına gəlib
KİV: Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
Bakıda yaşayış binasında yanğın olub, bina sakinləri təxliyə edilib - FOTO
Tramp: Ukrayna və Zelenski münaqişənin həlli üçün səy göstərməlidir
SEPAH: Hörmüz boğazında 2 milyon barel neft daşıyan supertanker minaya düşüb
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
UEFA Çempionlar Liqası: “Sabah” “Borussiya”ya məğlub olub
Pezeşkian: ABŞ danışıqlardan əvvəl təhdid və sanksiyaları aradan qaldırmalıdır
Qalibaf: ABŞ İranın etimadını qazanmaq üçün Tehranın yeddi şərtini yerinə yetirməlidir
Uitkoff və Kuşner oktyabrın 21-də Rusiyaya səfər edəcək
“Tasnim”: Ukrayna İran ətrafındakı bir sıra ölkələrdə dron bölmələri yerləşdirib
Naxçıvanda ağır qəza, 1 nəfər ölüb, 8 nəfər yaralanıb
Hökməli–Qobu–Güzdək avtomobil yolunda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq
Lavrov: Rusiya siyasi güzəştə getməyəcək
Kallas: ABŞ artıq il yarımdır Ukraynanı kapitulyasiyaya sövq edir
İran TŞ-nin katibi: Nüvə materiallarının bir zərrəsi belə ölkədən çıxarılmayacaq
Zəngilan Şəhəri Günü ilk dəfə şəhərdə qeyd olunub - FOTO
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib
Səfir: Macarıstan şirkətləri Azərbaycanın iqtisadiyyatına 2 milyard dollar investisiya yatırıb
Bakıda Macarıstanın Milli Günü münasibətilə tədbir keçirilib - FOTO
Türkiyə PA: Türkiyə bayrağının Azərbaycanda endirilməsinə cəhd iddiaları dezinformasiyadır
KİV: Kreml Trampın Ukraynaya münasibətdə mövqeyini dəyişməsini qələbə kimi qiymətləndirir
Hörmüz boğazının cənub dəhlizində qayda pozan tanker yanıb
BP: “Şahdəniz Kompressiya” layihəsi üzrə dənizdə tikinti işlərinə başlanılıb
Türkiyədən gözlədiyimiz yanaşma İrandan gəldi: Tehran vahid məktəbli geyimi məsələsini Azərbaycanın daxili işi sayır - TƏHLİL
“Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub
Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb - FOTO
Mingəçevirdə üç avtomobil toqquşub, xəsarət alanlar var
Katz: Hizbullah İranın İsrailə hücumuna qoşulsa, ona ağır zərbə endiriləcək
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Sumqayıtda Energetiklər Günü münasibətilə tədbir keçirilib
Müşfiqabadda aparılacaq təmir işləri ilə əlaqədar 3 marşrutun hərəkət sxemi dəyişdirilir
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
Bakıda süni intellektin konstitusiya məhkəmələrinin fəaliyyətində rolu müzakirə olunub
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
MKA vətəndaşları kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırıb
TRIPP fondunun direktoru: ABŞ şirkəti Ermənistanın ikinci ən böyük mis mədənini alıb
Moskvada Rusiya-Türkiyə məsləhətləşmələri keçirilib
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Мüşfiqabadda yol təmirinə görə hərəkət məhdudlaşdırılacaq
Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib, araşdırma aparılır- YENİLƏNİB
“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib
İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə Floridada danışıqlar aparacaq
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL