Bank Of Baku

“Şimal xəbərləri” qəzetinin baş redaktoru döyülmə səbəblərini açıqlayıb

“Şimal xəbərləri” qəzetinin baş redaktoru döyülmə səbəblərini açıqlayıb
# 08 may 2007 13:04 (UTC +04:00)
“Mənə edilən hücum həm jurnalist, həm də ictimai təşkilatın rəhbəri kimi apardığım araşdırmalarla bağlıdır”. Bu sözləri APA-nın şimal bürosuna açıqlamasında “Şimal xəbərləri” qəzetinin baş redaktoru, “Qanun naminə” ictimai birliyi təşəbbüs qrupunun sədri Cəmil Məmmədli deyib. O bildirib ki, Xudat şəhərindəki restoranlardan birinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə bəzi tədbirlərdə çıxışlar etməsi, bununla bağlı jurnalist araşdırmaları aparması bəzilərinin xoşuna gəlməyib: “Xudat polis bölməsində aparılan təhqiqat zamanı hücum edənlərin kimliyi bəlli olub. Bu şəxslər həmin restoranla birbaşa bağlıdır”. Baş redaktorun sözlərinə görə, bir neçə gündür müxtəlif şəxslər ona telefon açaraq ərizəni geri götürməyi tələb edir, əks təqdirdə, əleyhinə qondarma ifadələr alınacağını bildirirlər. C. Məmmədli bununla əlaqədar artıq Xudat polis bölməsinin rəisinə müraciət edib: “Mən təhqiqatın ədalətlə aparılacağına ümid etdiyim üçün hədə-qorxu gələnlərin adlarını açıqlamıram”. Qeyd edək ki, yerli hüquq-müdafiə təşkilatları Cəmil Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsini təsis ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR