Bank Of Baku

Üzeyir Cəfərov: “Mənə hücum edən polis əməkdaşı ilə bağlı əldə etdiyim əlavə məlumatları prokurorluğa təqdim edəcəyəm”

Üzeyir Cəfərov: “Mənə hücum edən polis əməkdaşı ilə bağlı əldə etdiyim əlavə məlumatları prokurorluğa təqdim edəcəyəm”
# 08 may 2007 14:47 (UTC +04:00)
“Mənə hücum edən şəxslərdən biri Yasamal Rayon Polis İdarəsinin əməkdaşı Nəbi Rəcəbovun indiyə qədər törətdiyi qanunsuz əməllərlə bağlı əlavə məlumatlar əldə etmişəm və onları prokurorluğa təqdim edəcəyəm”. Bu fikirləri APA-ya açıqlamasında aprelin 20-də axşam saatlarında naməlum şəxslərin hücumu nəticəsində ağır xəsarətlər almış “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov bildirib. Redaktor deyib ki, N. Rəcəbovun fotosu və onunla bağlı məlumatlar qəzetdə dərc ediləndən sonra redaksiyaya və özünə çoxsaylı müraciətlər daxil olub: “Bu şəxsin törətdiyi qanunsuzluqlarla üzləşən vətəndaşlar ifadə verməyə hazırdırlar”.
Qeyd edək ki, Ü. Cəfərov ona hücum edənlərdən birinin Yasamal Rayon Polis şöbəsinin azyaşlılarla iş şöbəsinin inspektoru Nəbi Rəcəbov olduğunu iddia edir. Yasamal Rayon Polis İdarəsinin (RPİ) rəis müavini Çingiz Məmmədov isə APA-ya açıqlamasında N. Rəcəbovun haqqında deyilənlərin həqiqətə uyğun olmadığını bildirib: “O, heç kimi döyməyib və qanunsuz hərəkətə yol verməyib. Mətbuat nümayəndələri dəqiqləşdirilməmiş məlumatlar yayırlar”.
Xatırladaq ki, Ü. Cəfərova xəsarət yetirilməsi ilə bağlı Yasamal RPİ tərəfindən Cinayət Məcəlləsinin 132-ci maddəsi (döyülmə) üzrə cinayət işi qaldırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR