Bank Of Baku

Avropa Birliyi media ilə bağlı Azərbaycana bir sıra təkliflər irəli sürəcək

Avropa Birliyi media ilə bağlı Azərbaycana bir sıra təkliflər irəli sürəcək
# 10 may 2007 15:08 (UTC +04:00)
“Son iki həftə ərzində müşahidə etdiklərimiz Azərbaycanda medianın vəziyyətinin pisləşdiyini göstərir”. Bu sözləri APA-ya açıqlamasında Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. O bildirib ki, mətbuatın inkişafı iki tərəf arasındakı qarşılıqlı öhdəliklərin vacib hissələrindən biridir: “Biz təkcə Azərbaycanı tənqid etmək yox, eyni zamanda mümkün olduğu qədər kömək göstərmək istəyirik. Bunun üçün bir sıra təkliflər irəli sürmək fikrindəyik. Bu təkliflər rəsmi şəxslər üçün treninqlər, seminarlar keçirilməsi, qanunvericiliyin dəyişdirilməsinə dəstək verilməsi və başqa məsələlərdən ibarət ola bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR