Bank Of Baku

“Kanal Türk” Rauf Arifoğlunun bu telekanalın bir araşdırma proqramındakı çıxışına görə, məhkəməyə verilməsinin pisləyib

“Kanal Türk” Rauf Arifoğlunun bu telekanalın bir araşdırma proqramındakı çıxışına görə, məhkəməyə verilməsinin pisləyib
# 10 may 2007 15:12 (UTC +04:00)
Türkiyənin “Kanal Türk” televiziyası “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun bu telekanalın bir araşdırma proqramındakı çıxışına görə, “Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal tərəfindən məhkəməyə verilməsinə münasibətini açıqlayıb. “Yeni Müsavat” qəzetindən APA-ya verilən məlumata görə, teleşirkətin yayın direktoru Adnan Bulud hadisə ilə bağlı bəyanatında araşdırmalarda R. Arifoğlundan başqa daha bir neçə Azərbaycan siyasətçilərinə də eyni problemlə bağlı suallar verilib. Onlar da sualları cavablandırıblar: “Bu xəbər-araşdırma yalnız Azərbaycanla məhdudlaşmayıb”. “Kanal-Turk”ün rəsmisi telekanalların araşdırmasına görə baş redaktorun istintaqa cəlb olunmasına etiraz edib. Televiziya R. Arifoğlu ilə bağlı məhkəmə prosesi davam etdiyi müddətdə və redaktor həbs olunacağı təqdirdə Türkiyədəki media quruluşlarının və qəzetçilərin onunla həmrəy olmağa çağıracaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR