Ombudsman: “Həbsdə olan jurnalistlərin azad olunması istiqamətində iş aparılır”

Ombudsman: “Həbsdə olan jurnalistlərin azad olunması istiqamətində iş aparılır”
# 11 may 2007 11:12 (UTC +04:00)
“Hal-hazırda həbsdə olan jurnalistlərin azad olunması istiqamətində iş aparılır. İnanıram ki, Azərbaycandakı demokratik ənənələrə sadiq qalınaraq bu məsələdə bir dönüş yaranacaq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili Elmira Süleymanova deyib. Onun sözlərinə görə, həbsdə olan beş jurnalistin hər birinin azadlığa buraxılması məsələsi müvəkkilin diqqət mərkəzindədir. E. Süleymanova həbsdə olan jurnalistlərin hamısı ilə bağlı ona müraciətlərin olduğunu deyib: “Onların hər biri ilə ya mən, ya da ki, Ombudsman Aparatının əməkdaşları görüşüb, səlahiyyətlərimiz çərçivəsində lazımi yardımlar göstərmişik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR