Mil-Muğan bölgəsində “Space” TV-nin yayımlanması məhdudlaşdırılıb
15 may 2007 09:00 (UTC +04:00)
Mil-Muğan bölgəsində “Space” telekanalının yayımlanması gecə saat 00:00-dan səhər saat 9:00-a qədər dayandırılır. Əli Bayramlı Radioyayım Mərkəzindən APA-nın Mil-Muğan bürosuna bildirilib ki, “Space” TV-nin bu saatlarda yayımlanmamasına səbəb teleşirkətin enerji borcunu ödəməməsidir. Bununla əlaqədar Teleradioyayım İstehsalat Birliyinin mərkəzi teleradio müəssisəsinin göstərişi əsasında “Space” TV-nin bölgəyə translyasiyası yuxarıda göstərilən saatlarda dayandırılır. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024