APA “Bakıelektrikşəbəkə”ni məhkəməyə verəcək
15 may 2007 13:47 (UTC +04:00)
Məsələ ondadır ki, “Bakıelektrikşəbəkə” ASC elektrik enerjisinin kəsilməsi ilə bağlı problemin səbəbini açıqlaya bilməyib. İdarədən əvvəlcə ərazidə qəza baş verdiyi deyilsə də, sonradan işığın “borclu abonentlərin işığının kəsilməsi kampaniyası” çərçivəsində kəsildiyi bildiriblib. APA-nın heç bir elektrik enerjisi borcunun olmaması bildiriləndən sonra isə “Bakıelektrikşəbəkə”dən problemin nədən ibarət olduğunu izah edilməyib.
APA problemin bir neçə dəfə təkrarlandığını, sonuncu faktda isə elektrik enerjisinin qəsdən kəsilməsi qənaətindədir. Agentlik “Bakıelektrikşəbəkə”nin bu cür sifarişli və qərəzli addımını pisləyir. APA agentliyin işgüzar nüfuzuna vurulan mənəvi və maddi zərbəyə görə, “Bakıelektrikşəbəkə”ni məhkəməyə verməyi qərara alıb.
Agentlik baş vermiş hadisəyə təəssüflənərək, abunəçilərindən üzr istəyir və yaranmış vəizyyəti anlayışla qarşılayacaqlarına ümid edir. /APA/