Üzeyir Cəfərov ona hücum edən ikinci şəxsin adını müstəntiqə açıqlayıb
16 may 2007 16:29 (UTC +04:00)
Aprelin 20-də axşam saatlarında naməlum şəxslərin hücumu nəticəsində xəsarətlərə məruz qalan “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov bu gün üzləşdiyi hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində (RPİ) açılan cinayət işini araşdıran müstəntiq Rafiq Əliyevin əlavə suallarını cavablandırıb. Bu barədə APA-ya məlumat verən Üzeyir Cəfərov bildirib ki, müstəntiq redaktora döyülməsində təqsirli saydığı Yasamal RPİ-nin əməkdaşı Nəbi Rəcəbovla bağlı suallar ünvanlayıb. Ü. Cəfərov deyib ki, ona hücum edən ikinci şəxsin kimliyi barədə də müstəntiqə məlumatlar verib. O, hələlik həmin şəxsin adını açıqlamaq istəmədiyini deyib. Zərərçəkən müstəntiqə onu da bildirib ki, cinayət işinin polis idarəsindən alınıb, prokurorluğa verilməsi tələbində israrlıdır. Ü.Cəfərovun sözlərinə görə, məhkəmə-tibb ekspertinin aldığı zədə ilə bağlı verdiyi rəy dəyişdirilib: “Müstəntiq bildirdi ki, məhkəmə-tibb eksperti bu dəfə mənim zədələrimin ağır yox, yüngül olduğu haqda rəy verib. Halbuki həmin ekspert Nuru Allahyarov özümə demişdi ki, zədələrim ağırdır”.
Xatırladaq ki, Ü. Cəfərova xəsarət yetirilməsi ilə bağlı Yasamal RPİ tərəfindən Cinayət Məcəlləsinin 132-ci maddəsi (döyülmə) üzrə cinayət işi qaldırılıb. /APA/
Xatırladaq ki, Ü. Cəfərova xəsarət yetirilməsi ilə bağlı Yasamal RPİ tərəfindən Cinayət Məcəlləsinin 132-ci maddəsi (döyülmə) üzrə cinayət işi qaldırılıb. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024