Azərbaycan Mətbuat Şurasının sədri “Müxalifət” qəzetinin əməkdaşlarının həbsinə münasibət bildirib
16 may 2007 16:29 (UTC +04:00)
““Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və şöbə redaktoru Yaşar Ağazadə ilə bağlı hökm xeyli sərtdir, məsələni daha yumşaq da yekunlaşdırmaq olardı. Mətbuat Şurası media təmsilçilərinin yazılarına görə, həbs olunmasının heç vaxt tərəfdarı olmayıb”. Bunu bu gün Yasamal rayon məhkəməsinin qərarı ilə “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və şöbə redaktoru Yaşar Ağazadənin 2,6 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərara münasibətini bildirən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya açıqlamasında deyib. O, hökmün beynəlxalq təşkilatların tövsiyələri, Mətbuat Şurası və digər jurnalist təşkilatlarının maraqları əsasında “Diffamasiya haqında” qanun layihəsi daha tez-tez gündəmə gətirildiyi vaxtda baş verməsindən təəssüfünü bildirib: “Mətbuat Şurası həbsdə olan bütün jurnalistlərin azadlığa buraxılmaları istiqamətində səylərini davam etdirir. Şübhəsiz ki, “Müxalifət” qəzeti təmsilçiləri barədə də sözümüzü deyəcəyik. Şuranın operativ iclasında bu barədə məsələ müzakirə ediləcək, həbsdə olan bütün jurnalistlərin azadlığa buraxılmaları üçün geniş məsləhətləşmələr aparılacaq, hazırlanacaq sənədi müvafiq dövlət qurumlarına təqdim edəcəyik. Sözə görə jurnalistlərin həbsi qəbuledilməzdir”. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024