“Xəzər Lənkəran” qapıçısı ilə müqaviləni pozub

“Xəzər Lənkəran” qapıçısı ilə müqaviləni pozub
# 25 dekabr 2012 08:25 (UTC +04:00)

Bakı – APA. “Xəzər Lənkəran” klubu qapıçı Kamal Bayramovla müqaviləni pozub. Apasport.az saytının xəbərinə görə, 2011-ci ilin mayında imzalanan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Klub qış “transfer pəncərəsi” zamanı bu mövqeyi möhkəmləndirmək məqsədilə yeni qapıçını sıralarına cəlb etməyi planlaşdırır. Bundan başqa, əsas komanda aşağı yaş qruplarından olan gənc qapıçılardan da yararlanmağı nəzərdə tutur.

Qeyd edək ki, Bayramov Lənkəran təmsilçisinin heyətində 8 oyuna 15 qol buraxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR