Cəmil Çiçək: “Qafqazda sülh Azərbaycan torpaqlarının Ermənistan tərəfdən işğalının aradan qaldırılmasına bağlıdır”

Cəmil Çiçək: “Qafqazda sülh Azərbaycan torpaqlarının Ermənistan tərəfdən işğalının aradan qaldırılmasına bağlıdır”
# 26 noyabr 2012 10:56 (UTC +04:00)

Türkiyə olaraq Azərbaycanla bütün sahələr üzə əməkdaşlıq edirik və bunu genişləndirməyə çalışırıq. Bunun strateji əməkdaşlığa çevrilməsində maraqlıyıq. Bu istiqamətdə zəruri olan işləri görürük. Azərbaycan Qafqazın ən önəmli ölkəsidir. Qafqazda sülhün və əmin-amanlığın bərqərar olunmasında Türkiyə ilə Azərbaycan əlaqələrinin inkişaf etdirilməsinin də böyük rolu var”. APA-nın xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Bakıda jurnalistlərə açıqlamasında deyib.

C. Çiçək onu da deyib ki, iki ölkə arasında parlamentlərarası əlaqələrin iş birliyi səviyyəsinə çıxarılmasına cəhd edilir.

TBMM sədri “Türkiyə parlamentində Qarabağ problemi və Xocalı soyqırımı ilə bağlı qanun qəbul olunması nəzərdə tutulurmu“ sualına cavab olaraq bunları deyib: “Türkiyə xarici siyasətində əsas yerlərdən birini Qafqaz və onun içində Qarabağ problemi durur. Təəssüf ki, çox uzun zamandır qardaş Azərbaycanın torpaqlarının 20 faizi ermənilər tərəfindən işğal olunub. Türkiyə bütün sahələrdə bu haqsızlığı və işğalı dilə gətirməkdə, tez bir zamanda azərbaycanlı qardaşlarımızın öz torpaqlarına dönməsini təmin edəcək cəhdlər göstərməkdədir. Qafqazda sülhün bərqərar olunması bu haqsız işğalın aradan qaldırılmasına bağlıdır. Türkiyə bunu hər yerdə ifadə edir. Əslində, bu bizim üçün yeni məsələ deyil. Azərbaycan torpaqları işğal olunan gündən Türkiyənin mövqeyi belədir”.

Cəmil Çiçək Bakıda TürkPA-nın tədbirinə qatılacağını, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının toplantısında, Azərbaycan və Türkiyə qarşılıqlı əməkdaşlığı barədə müzakirələrdə iştirak edəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR