Mədəniyyət və Turizm Nazirliyində 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib - FOTOSESSİYA

Mədəniyyət və Turizm Nazirliyində 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 27 dekabr 2012 10:05 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı - APA. Bu gün “Nizami” Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

APA-nın məlumatına görə, kollegiya iclasında ilk əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cari il ərzində görülən işlərlə bağlı məruzə edib. O qeyd edib ki, kollegiya iclasının gündəliyinə iki məsələ – Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci il ərzində həyata keçirdiyi işlər, eyni zamanda 2013-cü ilin ilk yarısı üçün planın təsdiqi müəyyənləşməsi daxildir.

Nazir 2012-ci ilin Azərbaycan üçün olduqca uğurlu il olduğunu bildirərək, 2013-cü ildə Azərbaycana daha böyük uğurlar arzulayıb. O vurğulayıb ki, növbəti il üçün Gənc Tamaşaçılar, Kukla Teatrı festivalların keçirilməsi nəzərdə tutulur: “Mənim əsas marağım odur ki, Azərbaycan mədəniyyəti bütünlüklə internet şəbəkəsinə daxil olsun. Biz bu gün ciddi hücuma keçməliyik. Bütün məlumatlar internet şəbəkəsində olmalı və bu istiqamətdə iş getməlidir. Sözsüz, biz istənilən sahədə uğur qazanmaq üçün var-gücümüzlə çalışmalıyıq. Bu gün bir çox mədəniyyət ocaqları əsaslı təmir olunur, hər bir məkan gözəlləşir, amma o məkanların təqdimatı zəif olduğundan bu iş görünmür”. Nazir bildirib ki, Azərbaycan mədəniyyətinin beynəlxalq sahədə qazandığı uğurlar göz önündədir və bu gün Azərbaycan mədəniyyət ölkəsi kimi tanınır.


Ə.Qarayev həm mədəniyyət, həm də turizm sahəsində çatışmazlıqlar olduğunu vurğulayıb. Azərbaycanın kino sahəsindən də danışan nazir bu sahədə böyük uğurların əldə olunacağına ümid etdiyini əlavə edib və bildirib ki, bunun üçün bir neçə xarici ölkə ilə əməkdaşlıq ediləcək. O, kitabxana sahəsində Baltikyanı ölkələrin təcrübəsindən yararlanacağını bildirib: “Bu ölkədə bütün kitabxanalar açıq və rahat fəaliyyət göstərir. Azərbaycanda kitab işinin təkmilləşdirilməsinə ehtiyac var və biz bunun üçün müəyyən addımlar atmağa qərar vermişik”.


Ə.Qarayev onu da vurğulayıb ki, bu yaxınlarda Azərbaycanda “Mədəniyyət haqqında” qanunun qəbulu hərr kəs tərəfindən bəyənilib və hazırda qanun dövlət başçısına təqdim olunub. Eyni zamanda “Kinematoqrafiya haqqında” qanunun da yenilənəcəyini diqqətə çatdıran nazir həm mədəniyyət, həm də turizm sahəsində çalışanları növbəti il üçün daha məsuliyyətli işləməyə səsləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR