Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri azərbaycanlı tələbələrlə görüşüb

Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri azərbaycanlı tələbələrlə görüşüb
# 26 dekabr 2012 20:34 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında reinteqrasiya məsələləri üzrə dövlət nazirliyində gürcü ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.

APA -nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə nazirliyin müşaviri Savalan Mirzəyev məlumat verib. Onun sözlərinə görə, dövlət naziri Paata Zakareişvili azərbaycanlı tələbələrlə görüşündə milli azlıqların inkişafı ilə bağlı dövlət proqramının həyata keçirilməsinin və bu sahədə aparılan siyasətin daha da gücləndiriləcəyini və keçmiş hakimiyyətin vaxtında buraxılan nöqsanların aradan qaldırılacağını bildirib. Nazir qeyd edib ki, “ölkədə yaşayan azərbaycanlılar yaşadıqları ölkənin tamhüquqlu vətəndaşı olmalarını hiss edəcək və biz onların hüquqlarının qorunmasını təmin edəcəyik.”

Tədbirdə dövlət naziri Paata Zakareişvili görüş iştirakçılarının suallarını cavablandırıb.

Qeyd edək ki, görüş Marneuli Gənclər Mərkəzinin “Gənclərin İnkişafı Akademiyası” layihəsi çərçivəsində baş tutub. Tədbirdə Marneuli, Qardabani və Bolnisidən olan azərbaycanlı tələbələr iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR