Rusiya XİN: “Anti-Maqnitski” siyahısına rusiyalıların hüquqların pozan bütün şəxslər salınacaq”

Rusiya XİN: “Anti-Maqnitski” siyahısına rusiyalıların hüquqların pozan bütün şəxslər salınacaq”
# 14 dekabr 2012 14:32 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Rusiyalıların hüquqların pozan bütün şəxslər “anti-Maqnitski” siyahısına salınacaq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, siyahıya kimlərin salınması barədə danışmaq hələ tezdir: “Lakin onu deyə bilərəm ki, “anti-Maqnitski” siyahısına məmurlar və rusiyalıların hüquqların pozan bütün şəxslər salınacaq. Bizim siyahı fərziyyəyə əsaslanan siyahı olmayacaq. Siyahıya konkret olaraq Rusiya vətəndaşlarının hüquqların pozan, təhqir edən, xüsusi ilə də övladlığa götürən şəxslər salınacaq. Təəssüflər olsun ki, ABŞ-da bizim vətəndaşlarımıza qarşı törədilən cinayətlər çox vaxt cəzasız qalır”.

Qeyd edək ki, bu dəqiqələrdə Dövlət Dumasında “anti-Maqnistski” qanununun qəbulu ilə bağlı müzakirələr gedir. Artıq qanunun qəbulu ilə bağlı səsvermə başlayıb. Dumanın bütün fraksiyaları bu qanunun lehinə səs verəcəklərini açıqlayıblar.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya vətəndaşlarına qarşı viza və maliyyə sanksiyalarının tətbiqi haqqında “Maqnitski qanunu” layihəsini qəbul edib. Bu qanuna görə, Rusiyada insan hüquqlarının pozuntusunda adı hallanan siyasətçilərə, ümumilikdə Rusiya vətəndaşlarına viza və maliyyə sanksiyaları tətbiq ediləcək. “Maqnitski qanunu” Rusiyada həbsxanada vəfat edən hüquq müdafiəçisi, vəkil Sergey Maqnitskinin adı ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR