Avropa Birliyi ilə Ermənistan arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanıb

 Avropa Birliyi ilə Ermənistan arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanıb
# 17 dekabr 2012 13:46 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Brüsseldə Avropa Birliyi ilə Ermənistan arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanıb. APA-nın AB-nin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, sazişi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, Avropa Birliyinə sədrlik edən Kiprin xarici işlər naziri Erato Kozaku-Markulis və daxili işlər üzrə komissar Sesiliya Malmstrem imzalayıblar.

Saziş Avropa Parlamentinə göndəriləcək və bütün daxili prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək.

Bu sənəd Ermənistan vətəndaşlarına qısamüddətli vizanı ucuz və sadə yolla almaq imkanı yaradır.

Avropa Birliyi bu günədək 10 ölkə, o cümlədən Ukrayna və Gürcüstanla viza rejiminin sadələşdirilməsinə dair saziş imzalayıb. Azərbaycanla bu istiqamətdə danışıqlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR