Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı prosedur qaydalar müəyyənləşdiriləcək

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı prosedur qaydalar müəyyənləşdiriləcək
# 14 iyun 2014 08:43 (UTC +04:00)

Bakı - APA. Nazirlər Kabineti 2 ay ərzində daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydalarını hazırlayaraq təsdiq etməlidir.

APA-nın verdiyi məlumata görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 937-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 2 ay ərzində ipotekanın dövlət qeydiyyatına alınması, ipotekanın dövlət qeydiyyatının ləğvi barədə ərizələrin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin formalarını da hazırlayaraq təsdiqləməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR